Oktyabrda Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edən Xalq artisti Əzizə Mustafazadə oğlu Ramiz Xanın musiqi bacarıqlarını nümayiş etdirib.
Sitat.info xəbər verir ki, tanınmış pianoçu "İnstaqram"da 8 yaşlı oğlunun pianoda ifasını paylaşıb və "Preludiya çox böyük həvəslə" sözlərini qeyd edib. İzləyiciləri rəy bölməsində Ramiz Xanın istedadına heyran olduqlarını və gələcəyin böyük musiqiçisi olacağını yazıblar.