Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı sazişlər Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi üçün ciddi əsas olaraq qalır.
Sitat.info xarici mediaya xəbər verir ki, bu sözləri bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz 2020-ci ilin noyabrından Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış həmin üçtərəfli sənədlərə uyğun olaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün spektrini ətraflı müzakirə etdik” - deyə o qeyd edib.
“Bizim ümumi fikrimizcə, bu sənədlər bütün məsələlərin, o cümlədən nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasının tam həlli üçün , Azərbaycan və sülh müqaviləsinin bağlanması ilə bağlı konkret razılaşmaların əldə edilməsi üçün möhkəm, etibarlı əsas olaraq qalır.
Lavrov əlavə edib ki, bütün bu sahələrdə Rusiya Federasiyası tərəflərə yardımı göstərməyə hazırdır.
Nərgiz,
SİTAT.İNFO