Kreml deyir ki, neft sanksiyaları Putinin Ukraynanı məhv etməsinə mane olmayacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bir sıra ölkələrin Rusiya neftinə “qiymət tavanı” tətbiq etməsi “xüsusi hərbi əməliyyatın maliyyələşdirilməsinə və gedişinə təsir etməyəcək. "
Sitat.info xəbər verir ki, bunu “İnterfaks” yayıb.
Peskov bildirib ki, Rusiya neft sanksiyalarına cavab hazırlayır:
"Qərar hazırlanır. Bir şey göz qabağındadır: biz heç bir "tavan" tanımayacağıq. Bu qərarların qəbul edilməsinin dünya enerji bazarlarında sabitliyin pozulmasına yönəlmiş addım olduğu açıq və mübahisəsizdir".
Nərgiz,
Sitat.info