Aİ hava məkanını Rusiya təyyarələrinə bağlayıb

08:29 28 Fevral 2022

Avropa İttifaqının xarici işlər nazirləri Rusiya təyyarələrinin İttifaqın hava məkanından istifadəsini qadağan etməklə bağlı razılığa gəliblər.. Avropa İttifaqının hava məkanını Rusiya təyyarələrinə bağlamaqla bağlı qərar qüvvəyə minib.

APA-nın xəbərinə görə, qərarın mətni Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunub.

Qərarda göstərilir ki, Rusiya qeydiyyatında olan, Rusiya aviadaşıyıcılarına məxsus və ya Rusiyaya icarəyə verilmiş, Rusiyanın nəzarətində olan istənilən növ təyyarənin Avropa İttifaqı ərazisinə daxil olası, enməsi və ya qalxması qadağan edilir.

 

 



Xəbər xətti