"Bəli, İranda baş verən xalq etirazları günü-gündən böyüyür və yaxud ən azından artıq uzun müddət davam edir. Bunun nəticəsi kimi əxlaq polisinin ləğv olunmasını göstərə bilərik. Bunun özü də artıq xalqın mübarizəsinin bəlli bir nəticəsi olduğunun göstəricisidir. Artıq molla rejimi - fars rejimi anlayıb ki, daxildəki repressiyalarla nəyəsə nail olmaq olmaz. Ona görə də güzəştlər yolunu seçiblər".
Bu sözləri SİTAT. İNFO-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Tural Abbaslı bildirdi ki, bizim azərbaycanlıların prosesdə aparıcı qüvvəyə çevrilməsi o mərhələdə deyil ki, biz Cənubi Azərbaycanın müstəqilliyinidən danışa bilək: "İstənilən hərəkətlilik bizə faydalıdır. Həm də İran artıq daxildəki belə qarşıdurmalardan fikir yayındırmaq üçün qonşu ölkələrə də hücum edir. Bunun biri də təbii ki, Azərbaycandır, əsasən də Azərbaycana hücum edir. Guya daxildəki problemlərin səbəbkarı kimi İsraili, Amerikanı və dırnaqarası müttəfiqi kimi Azərbaycanı göstərmək istəyir, amma düşünmürəm ki, bu bir çıxış yoludur. Hər halda fars molla rejiminin hazırki vəziyyəti xeyli qəlizdir və o vəziyyətdən çıxmaq qəliz olacaq"
Tural Abbaslı sonda bir daha Cənubi Azərbaycanın bu proseslər nəticəsində müstəqil olacağına inamının az olduğunu qeyd etdi.
Sevinc Cavadzadə,
Sitat.info