Rusiya neftinin ABŞ-a idxalına qadağa qoyuldu - Ağ Ev

14:22 6 Dekabr 2022

ABŞ ehtiyatı artırmaq üçün Rusiya neftini almayacaq.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya qarşı neft sanksiyalarının tətbiqindən sonra ABŞ strateji ehtiyatlarını artırmaq üçün Rusiya neftini almaq niyyətində deyil.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin sözlərinə görə, Rusiya Federasiyasından neft idxalına qadağa qoyulduğu üçün Rusiya neftinin alınması mümkün deyil.

Bildirək ki, 2022-ci il may ayının sonunda Aİ ölkələrinin liderləri Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəliblər.

Dekabrın 3-də Avropa İttifaqı Şurası Rusiyadan ixrac edilən neftin maksimal qiymətinin bir barel üçün 60 dollar müəyyən edilməsi barədə qərar qəbul edib.

Məğrur,

Sitat.info



Xəbər xətti