İlin sonuna kimi Əliyev və Paşinyan görüşə bilər - Erməni mediası

16:04 6 Dekabr 2022

"Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb. İrəvan və Bakı arasında danışıqlar prosesinin üçüncü mərhələsinə başlayır".

Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 6-da Ermənistanın  hakim “Mülki müqavilə” partiyasından olan deputat Eduard Ağacanyan deyib.

“Bəli, doğrudan da, Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb ki, bu da əslində erməni tərəfinin təkliflərinə cavabdır. Deyə bilərik ki, üçüncü təkliflər paketi müzakirə olunur. Məncə, indi buna sənəd demək düzgün deyil. Bunlar dərc olunmayan təfərrüatlar olduğu üçün mən bu barədə ucadan danışa və açıqlaya bilmərəm”, - Ağacanyan bildirib.

Onun sözlərinə görə,  ilin sonuna kimi Paşinyanla Əliyev arasında görüş baş tuta, ya da iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş ola bilər. 

Nərgiz,

Sitat.info



Xəbər xətti