Avropa İttifaqının sanksiyaları Rusiya neftini ucuzlaşdırdı - Pakistan endirimlə alacaq

16:02 6 Dekabr 2022

Rusiyaya qarşı qüvvəyə minmiş neft sanksiyaları fonunda Pakistan Rusiya neftini endirimlə alacaq.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, belə bir bəyanatla Pakistanın neft naziri Musaddik Malik İslamabadda keçirdiyi brifinqdə çıxış edib.

Nazirin sözlərinə görə, Rusiya Pakistana benzin və dizel yanacağı tədarük edəcək, bunun üçün də endirim ediləcək.

Rusiyanın Pakistana neft tədarük edəcəyi qiymət hələ açıqlanmayıb və neftin dəyərinin G7” və Aİ-nin tətbiq etdiyi 60 dollar/barel həddinə uyğun olub-olmayacağı hələlik bəlli deyil.

İslamabad həmçinin mayeləşdirilmiş təbii qazın idxalı üçün Rusiyanın özəl şirkətləri ilə danışıqlar aparır.

Seymur,

Sitat.info



Xəbər xətti