Erməni mediası Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın fikirlərini tirajlayıb. Belə ki, Fazil Mustafa çıxışında Azərbaycan səfirlərini və diplomatlarını qınamışdı.
“Ötən iclasda Fransa Milli Milli Assambelyasının qəbul etdiyi qərara hamılıqla münasibət bildirdik və orda 256 deputatın səsvermədə etdiyi yaramazlıqlara çox sərt reaksiya ortaya qoyduq. Lakin biz özümüzə aid olan yarıtmazlıq barədə danışmağı unutduq. Bu yarıtmazlıq nədən ibarətdir? İstər Fransa, istər Belçika, istər Almaniya və ya digər ölkələr olsun, necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir, bir nəfər belə Azərbaycanın lehinə çıxmır? 30 ildir, orda diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni bu səfirlərin bir, iki şəxsi dostu, münasibət quracağı 5-6 adam da yoxdur? Yəni hamı ermənilərin təsiri altındadır? Ermənilər kimi kiçik bir xalq hamını ələ alıb? Bu, inandırıcı gəlmir. Biz özümüzə aid olan bir sıra məsələləri həll etmədiyimizə görə problemlər yaşayırıq. Bir çox halda bu sahədəki bəzi insanlar qabiliyyətinə görə yox, qabiliyyətsizliyə görə irəli, daha yuxarı vəzifələrə çəkilir”, - deyə deputat diqqətə çatdırıb.
Sitat.info xəbər verir ki, ermənilərin news.am saytında "Azərbaycanda düşünürdülər: Ermənilər kimi kiçik bir xalq hamını necə ələ alıb?" başlığı ilə yayımlanan yazıda deputatın bu çıxışı dərc olunub, altında isə bu cümlələr qeyd edilib:
"Azərbaycanlı deputat açıq-aşkar olanı görmədi - Ermənistan sadəcə ona görə dəstəklənir ki, ədalət onun tərəfindədir".
30 ildir Azərbaycana qarşı ədalətsiz savaş aparan, torpaqlarımızı işğal altında saxlayan bu arsız cəmiyyət hələ də ədalətin tərəfində olduğuna inanır və ya bunu belə təqdim etməyə çalışırlar.
Bir bir daha onu göstərir ki, bizim ölkədə yaşanan neqativlər, özümüzə qarşı səsləndirdiyimiz haqlı tənqidlər düşmən mediasında necə fəxrlə paylaşılır.
Nərgiz,
Sitat.info