"Vəzifəli şəxs avtomobili ilə qohumlarımı öldürüb, hadisə yerindən qaçdı" - Zərərçəkən - VİDEO

17:01 6 Dekabr 2022

Oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda "Range Rover” markalı avtomobillə "KİA” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. Bildirilib ki, hadisə "Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə "KİA”da olan 2 gənc dünyasını dəyişib.

Mərhumların dayısı Zamiq Hacıyev sitat.info-ya açıqlama verərək, hadisəni törədən şəxsin əvəllər Fövqəladə Hallar Nazirliyinin vəzifəlisi Elşən Əliyev olduğunu bildirib:

 "Qəzada bacımın övladlarl Ayxan Süleymanlı, Zülfüqar Zülfüqarov rəhmətə gedib, bacımoğlu Arif Rəşidoğlu isə 58 gündür ki, koma vəziyyətindədir. Hazırda Mərkəzi Klinikanın reanimasiya şöbəsində yatır. Əvvəllər FHN-də yüksək vəzifədə olan Elşən Əliyev qəzadan sonra avtomobilinin nömrəsini sökərək, hadisə yerindən qaçıb. Qəzanı isə Beytulla adlı şəxsin öz üzərinə götürməsini təmin edib. Elşən Əliyevin qəza anı orada olmas ilə bağlı videogörüntülər də var. Dəfərlərlə Sabunçu RPİ-sinə bu barədə çox saylı şikayətlər etsək də, lakin həmin görünütləri əldə edə bilmirik. Aidiyyatı qurumlardan işə ciddi baxılmasını xahiş edirik".

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Sitat.info zərərçəkən tərəfin müsahibəsinin təqdim edir. Həmçinin, videoda qəzada dünyasını dəyişən şəxslərin ailələrinin videomüraciəti də yer alıb.

Məğrur,

Sitat.info

 

 




Xəbər xətti