Azərbaycanın beynəlxalq axtarışa verdiyi qondarma "artsax"ın rəhbəri Araik Artunyan Fransada səfərdədir.
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, Fransanın "İle-de-Fransa" Regional Şurasının sədri, Fransa prezidentliyinə keçmiş namizəd Valeri Pekress "Artsaxın prezident"i Araik Arutunyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. O görüşdə Ermənistan və Artsaxla həmrəy olduğunu bildirib.
“Mən Ermənistan və "Artsax"la dəstəyimi və həmrəyliyimi bir daha təsdiqlədim. Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir”, – Pekres Twitter mikrobloqunda yazıb. Fransada səfərdə olan Artsax nümayəndə heyətinin tərkibində xarici işlər naziri David Babayan və digər rəsmi şəxslər də var.
Nərgiz,
Sitat.info