DSX-nin özünü güllələyən əsgəri vəfat etdi

09:11 7 Dekabr 2022

30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kənan Hafiz oğlu Nuriyev həkimlərin göstərdiyi səylərə baxmayaraq 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

Bu barədə Sitat.info-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Xatırladaq ki, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.

 

 



Xəbər xətti