Müğənni Talıb Tale intihar edən rəqqas dostu Dəyanət Məmmədovla bağlı paylaşım edib.
“Sitat.info” xəbər verir ki, sənətçi paylaşımında bunları yazıb:
“Səhəri çox pis xəbərlə açdıq - tanınmış, istedadlı rəqqas Dəyanətin intihar xəbəri ilə. Adı kimi özü də dəyanətli, fədakar, dostcanlı Dəyanətin intiharı mənə anlaşılmaz, inanılmaz və sarsıdıcı gəlir. Allah rəhmət eləsin”.
Qeyd edək ki, “İstedad” rəqs qrupunun üzvü D.Məmmədov dekabrın 4-də yaşadığı evdə intihar edərək həyatına son qoyub.