Ruslar bu istiqamətlərdə hücuma keçdi - İtkilər var

13:52 7 Dekabr 2022

Ötən sutka ərzində rus işğalçıları Xerson vilayəti ərazisini 51 dəfə atəşə tutub.

Sitat.info xəbər verir ki, bombalama nəticəsində ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə və yaşayış binalarına da ziyan dəyib.

Xerson vilayət hərbi administrasiyasının sədri Yaroslav Yanuşeviç rəsmi “telegram” kanalında bildirib ki, rus ordusu artilleriya, tank və minaatanlardan hücuma keçiblər: “Rusiyanın atəşi nəticəsində mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ziyan dəyib. Təəssüf ki, son 24 saat dinc əhali arasında itkisiz olmayıb. İşğalçılar 2 dinc sakini öldürüb, Xerson vilayətinin daha bir sakini yaralanıb".

Bildirlib ki, ruslar gecə saatlarında Xarkov vilayətindəki Borovsk icmasının ərazisini vurublar. Mərmi yaşayış binasına düşüb və mədəniyyət evinin rəhbərinin ölümünə səbəb olub. Onun əri yaralanıb və reanimasiyadadır. İşğalçılar ötən gecə Zaporojye və Dnepropetrovsk vilayətlərinə də hücum ediblər. Bunun üçün onlar dronlardan, S-300 raketlərindən, artilleriyadan və MLRS-dən istifadə ediblər. Zaporojye vilayətində 3 nəfər yaralanıb. Son sutka ərzində isə ruslar Sumı rayonunun sərhəd bölgəsinə 220-dən çox mərmi və mina atıblar.

Məğrur,

Sitat.info



Xəbər xətti