Rusiya Ukraynanın mədəniyyət obyektlərinə 15 milyard dollar ziyan vurub

16:45 7 Dekabr 2022

Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri 1,1 mindən çox mədəniyyət obyekti və istehsal müəssisələri zədələnib və ya məhv edilib. Onlardan 500-dən çoxu isə mədəni irsi obyektləridir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Naziri Oleksandr Tkaçenko bildirib.

O bildirib ki, Ukraynaya müharibə səbəbindən 15 milyard dollardan artıq zərə dəyib: "Müharibə də daxil olmaqla itkilər və itirilmiş gəlirlər 15 milyard dollardan çoxdur. Bu, olduqca böyük rəqəmdir”.

Məğrur,

Sitat.info



Xəbər xətti