Türkiyəli aktrisa Ayten Soykökün başına iş gəlib.
Sitat.info xəbər verir ki, "34 BPK 601" dövlət nişanlı maşının sükan arxasında əyləşən aktrisa idarəetməni itirdikdən sonra nəqliyyat vasitəsini səkidəki piyadaların üzərinə sürüb.
Hadisə İstanbulun Taksim səmtində baş verib və həmin an təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə səkidə olan cütlüklərdən birinin və son anda maşının üstünə çıxmağı bacaran kişinin xəsarət aldığı bəlli olub. Soykökün döngədən dönərkən idarəetməni itiridiyi nəqliyyat vasitəsi yeməkxanaya çırpılaraq dayanıb.
Hadisənin ardından aktrisa polis tərəfindən saxlanılıb. Yaralılar isə xəstəxanaya yerləşdirilib.
Soykök barəsində "qəsdən insan yaralama" maddəsi ilə istintaq aparıldıqdan sonra prokurorluğun göstərişi ilə azadlığa buraxılıb./Axsam.az