28 May metrosu ətrafındakı mağazadan 50 manatı elə fırıldaq işlədərək aldı ki... - ANBAAN VİDEO

15:52 7 Dekabr 2022

Bakıda kosmetika mağazaların birində qeyri-adi fırıldaqçılıq hadisəsi baş verib.

Bu barədə Baku.ws-in "qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, hadisə 28 May metrosunun yaxınlığındakı mağazada qeydə alınıb.

Belə ki, mağazaya daxil olan şəxs özünü fiber optik xətt çəkən internet mütəxəssisi kimi təqdim edib. Hətta mağaza nümayəndələrinə İP unvan da təqdim edib ki, bununla sürətli internetdən istifadə edəcəklərini bildirib.

Daha sonra xidmət haqqı kimi 38 manat istəyib. Mağazadan ona 50 AZN verilib.

Bundan sonra şəxs qalıq pulu vermək üçün çöldə onu xırdalamağa çıxıb. Lakin bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı hüquq mühafizə orqanına müraciət edilib, araşdırma aparılır. 



Xəbər xətti