Məlum olduğu kimi, 10 noyabr üçtərəfli bəyannaməsindən sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması gözlənilsə də, Rusiya prosesə yeni tərəf daxil etməyə çalışır. Bu da Qarabağda yaradılan və özünü respublika kimi təqdim edən qondarma "artsax" adlı qurumdur. Öncə Roben Vardanyanın oraya göndərilməsi , sonra Volkovun verdiyi qalmaqallı açıqlamalar , təxribatçı addımlar bunu deməyə əsas verir. Rusiya Qarabağda maraqlarını gücləndirməklə nə etməyə çalışır?
Sitat.info-ya açıqlamasında mövzu ilə bağlı açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bu gün Qarabağda gedən proseslərlə bağlı bir məqamı nəzərə almalıyıq: "Bu gün Azərbaycanın yanaşması ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər də bizim vətəndaşımızdır. Onlar Azərbaycanda yaşayan digər xalqların nümayəndələri ilə eyni hüquqa malikdirlər. Bu gün bilirsiniz ki, status məsələsi ilə bağlı, ATƏT-lə bağlı dəfələrlə cəhdlər oldu. Təbii ki, hamısının qarşısı alındı. Azərbaycan bu yanaşmanı bütün dünyaya qəbul etdirib ki, bu ərazilər Azərbaycan ərazisidir və burada yaşayan ermənilərdə bizim bərabərhüquqlu vətəndaşlarımızdır".
Rusiya ilə bağlı məsələyə gəldikdə isə, C.Məmmədov vurğuladı ki, Rusiyanın bölgədə xüsusi marağı var: "Rusiya çox istəyərdi ki, sülhməramlıların fəaliyyəti növbəti 5 ilə də uzadılsın. Azərbaycan bununla qəti razı deyil. Azərbaycanın yanaşması belədir ki, bura bizim ərazilərdir, orada yaşayanlar bizim əhalimizdir. Və əhali ölkənin qanunlarını qəbul edib yaşamalıdır. Bu gün bizim ora Ekologiya və Təbii Sərvətlər və başqa qurumlarımızın daxil olması ilə, danışıqlıqlar aparması onu göstərir ki, Azərbaycan qətiyyətlidir. Hazırda da Azərbaycan kənar müdaxilələr olmadan Qarabağdakı proseslərə nəzarət etmək imkanındadır. Və bu baxımdan bu gün bu məsələdə Rusiyanın, Fransanın, İranın istənilən cəhdləri mənasızdır. Çünki Azərbaycan öz fikrində qətiyyətlidir. Düzdür, cəhdlər çox olacaq, amma Azərbaycanın yanaşması dəyişilməzdir".
Hülya Mirzəyeva,
Sitat.info