2022-ci il noyabrın 1-də “Qazprom” İtaliyaya qaz nəqlini dayandırıb. İtaliya Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Rusiya qazından asılılığını bir ildən az müddətdə 40%-dən 10%-ə endirib.
Sitat.info xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Milanda Bokkoni Universitetinin 120 illiyinə həsr olunmuş tədbirdə deyib.
"İtaliya Rusiyanın qaz şantajından ən çox təsirlənən ölkələrdən biridir. Putin son 8 ayda Avropaya boru kəməri ilə qaz ixracını 80% azaldıb. Amma biz bunu kompensasiya edə bildik. İtaliya gözəl nümunədir. Qazın 40%-i Rusiyadan gəlirdi. İndi isə bu qaz bazarında pay bölgüsünü diversifikasiya etməklə bu həcm təxminən 10%-ə düşüb”.
Səid,
Sitat.info