Ötən gün Masallı rayonunda 18 yaşlı tələbə intihar edib.
Bu barədə BAKU.WS-ə mərhumun yaxınları məlumat verib.
Bildirilir ki, 2004-cü il təvəllüdlü Hüseynova Rüqayə özünü Masallı rayonu Heydər Əliyev prospektində yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq həyatına son qoyub.
Məlumata görə, R.Hüseynova Masallı Dövlət Regional Kollecində 3-cü kurs tələbəsi imiş.