Qondarma "artsax" rejiminin rəhbəri Araik Artunyanın başçılıq etdiyi nümayəndə heyəti Parisdə görüşlər keçirir.
Sitat.info xəbər verir ki, Fransada səfərdə olan Arayik Arutunyanın başçılıq etdiyi nümayəndə heyəti Parisdə Fransanın “Daşnaksütyun” AXC Mərkəzi Komitəsinin nümayəndələri ilə görüşüb.
Komitə üzvləri Murad Papazyan və Hovsep Ter-Gevorqyanın iştirak etdiyi görüşdə "artsax"ın daxili və xarici siyasəti, qondarma rejimlə və "diaspor" arasında əməkdaşlıq müzakirə olunub.
Araik görüşdüyü şəxsləri Xankəndidə yaratdığı saxta qurumun "inkişafı və möhkəmlənməsinə, milli problemlərin həllinə" verdiyi töhfəni yüksək qiymətləndirib.
Qeyd edək ki, Araik Artunyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. O həbs edilib hərbi tribunala verilmək əvəzinə xarici səfərlərdə iştirak edir, görüşlər keçirir, yaratdığı qondarma rejimə dəstək toplayır.
Nərgiz,
Sitat.info