Azərbaycanda 3 uşaq anası əri tərəfindən vəhşicəsinə öldürüldü - TƏFƏRRÜAT

20:14 7 Dekabr 2022

Şəmkir rayon Könüllü kəndində qətlə yetirilən 33 yaşlı qadın 3 uşaq anası olub.

SİTAT.İNFO "report"a istinadən xəbər verir ki, Könüllü kəndində Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucova aldığı çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib.

Hadisənin başvermə səbəbləri tam məlum deyil.

Qadının həyat yoldaşı öz xalası oğlu olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.



Xəbər xətti