"İranın məntiqini anlamaq mümkün deyil. Coğrafi baxımdan bir dalanda yerləşən, çox kiçik ölkə olan, iqtisadi baxımdan çox zəif, əhalisi 2 milyon olan Ermənistanı özünə dost, tərəfdaş seçən İran 85 milyonluq Türkiyəni, 10 milyonluq Azərbaycanı qarşısına alır".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Ermənistan kimi bir dövlət üçün bu qədər canfəşanlığın məntiqi əsası yoxdur: "Bu nə məntiqlə, iqtisadi baxımdan, nə ticarət bazarları baxımından İran üçün uyğun deyil. İran az qala 100 milyonluq bazarı itirir, özünə maneələr yaradır. Nə var ki, Ermənistanda söz sahibi olacaqsan".
Ekspertin fikrincə, İranın Ermənistanda söz sahibi olmaq ehtimalı da aşağıdır: " Çünki Rusiya oraya o qədər ciddi nəzarət edir ki, İranı oraya söz sahibi olmaq üçün buraxmaz. Rusiya hazırda İrandan istifadə edir. Özünün edə bilmədiklərini, hələlik edə bilmədiklərini İran vasitəsilə Ermənistanda hansısa formada layihələrin həyata keçirilməsi üçünb istifadə edir".
Hülya Mirzəyeva,
Sitat.info