Paris merindən terrorçu Araikə dəstək: Həmişə "artsax" xalqının yanında olacaqmış...

14:04 8 Dekabr 2022

Azərbaycanın beynəlxalq axtarışa verdiyi terrorçu, cinayətkar, qondarma "artsax"-ın rəhbəri Arayik Arutyunyanın başçılıq etdiyi terrorçu dəstə  Paris meri Anne Hidalqo ilə görüşüb. 

Diqqət çəkən məqam görüşdə Azərbaycan-Ermənistan deyil, Azərbaycan-Qarabağ münaqişəsi ifadəsi işlədilib. 

Sitat.info erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə "artsax" və Fransa arasında əlaqələrin inkişafı, "Azərbaycan-Qarabağ" münaqişəsinin həlli ilə bağlı müxtəlif məsələlər müzakirə olunub. Arayik Arutyunyan Ann Hidalqonun Qardabağdakı ermənilərin hüquqlarının müdafiəsinə, qondarma rejimin müstəqilliyinə dəstəyini ifadə edib. Terrorçu Araik Artunyan yaratdığı saxta qurumun  "müstəqilliyinin tanınması" haqqında qətnaməyə səs verdikləri üçün Paris Şəhər Şurasının üzvlərinə təşəkkür edib. 

Paris meri Araiki əmin edib ki, Paris həmişə bu qondarma qurumun və Qarabağdakı ermənilərin yanında olacaq,  onların öz müqəddəratını təyin etmək və dinc yaşamaq hüquqlarını qoruyacaq. 

Paris meri unudur ki, Araik Artunyan qapı-qapı gəzib yardım dilənərkən, müzəffər Azərbaycan ordusu onun bu "arzusuna" növbəti dəfə dəmir yumruqla son qoyacaq. 

Nərgiz,

Sitat.info



Xəbər xətti