Prezident Vladimir Zelenski zədələnmiş təyyarəsini kənddən uzaqlaşdıra bilən pilot Vadim Karaya Voroşilova Ukrayna Qəhrəmanı adına layiq görülüb.
Sitat.info xəbər verir ki, o həmçinin “Qızıl Ulduz” ordeni ilə təltif edilib. "Mayor Voroşilov Vadim Aleksandroviçə "Qızıl Ulduz" ordeni ilə təltif edilməklə Ukrayna Qəhrəmanı adı verilsin", - prezidentin sərəncamında deyilir.
Orada həmçinin bildirilir ki, bu ada “Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və qəhrəmanlığa, Ukrayna xalqına fədakar xidmətə görə” verilib.
Qeyd edək ki, Voroşilov Poltava vilayətinin Kremençuk şəhərində anadan olub, 2011-ci ildə yerli hərbi liseyi, daha sonra İvan Kozhedub adına Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetini bitirib. 2016-2021-ci illərdə hərbi xidmətdə olub, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra geri qayıdıb. Vadim Karaya rusların 2 raketini, həmçinin Vinnitsa bölgəsi üzərində uçan 5 İran pilotsuz təyyarəsini vurub. Onun təyyarəsi zədələndikdən sonra, pilot insanların xəsarət almaması üçün qırıcını kənddən uzaqlaşdırıb. Avqustun 8-də isə Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və fədakar hərəkətlərə və hərbi anda sədaqətinə görə “İgidliyə görə” ordeni ilə təltif edilib.
Məğrur,
Sitat.info