Qadın sürücü avtomobili kanala aşırdı: Yanında məktəbli övladı da olub - VİDEO

14:30 8 Dekabr 2022

Bu gün səhər saatlarında Abşeron rayonu, Goradil dəmiryol stansiyasının yaxınlığında avtomobil kanala aşıb. Sitat.info bu barədə baku.ws-ə istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hadisə hava tam aydınlanmamış baş verib. Bildirilir ki, "Nissan Tida" markalı avtomobildə qadın sürücü və məktəbli övladı olub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobil yararsız vəziyyətə düşüb.

Sakinlər sözügedən ərazidə belə halların tez-tez yaşandığını iddia edirlər. Onlar buna səbəb kimi, küçələrdə işıqların olmamasını göstərirlər.



Xəbər xətti