Güneyli soydaşımız Möhsün Şikari İranda edam edilib

16:40 8 Dekabr 2022

İranda 22 yaşlı Məhsa Əmininin  ölümündən sonra başlayan etirazlar davam edir. İran məhkəməsi Bəsic milislərindən birinə qəsdən xəsarət yetirməkdə təqsirli bilinən Möhsün Şikarinin bu gün səhər edam edildiyini açıqlayıb. Bu, son aylarda Amini etirazları ilə bağlı ilk edamdır. 

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Möhsün Şikari sentyabrın 25-də həbs edilib və onun ilk məhkəməsi noyabrın 1-də keçirilib. Möhsün Şikari İran İnqilabı Keşikçiləri Korpusunun Bəsic silahlılarından birinə qəsdən xəsarət yetirməkdə, Tehran küçəsini bağlamaqda, ictimaiyyətin inamını qırmaqda və təhlükəsizliyi pozmaqda günahlandırılaraq edam cəzasına məhkum edilib. Şikarinin edamı bu gün səhər həyata keçirilib.
Möhsün Şikarinin etirazları rədd edilib. Məhkəmə, ölüm cəzasına bəraət qazandırmaq üçün  müttəhimin hərəkətlərinin "Allaha qarşı müharibə cinayəti" olduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İranda insan haqları üzrə xüsusi məruzəçisi Caved Rəhman sentyabrın 17-dən bəri davam edən etirazlarda ən azı 6 nəfərin edama edildiyini, daha 21 nəfərin isə ölüm cəzasına məhkum edildiyini açıqlayıb.

İran İnsan Haqları Fəalları Agentliyinin məlumatına görə, indiyədək etiraz aksiyalarında ən azı 473 nəfər həlak olub, 18200 nəfər saxlanılıb.

Məğrur,

Sitat.info



Xəbər xətti