"Ağıllı" Rusiya Qarabağ problemini gələcək nəsillərə saxlamaq üçün əlindən gələni edir - Hərbi ekspert

16:25 8 Dekabr 2022

"Dünən Prezident İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel görüşməli idilər. Çox böyük təəssüf doğurur ki, yenə də Rusiyanın qeyri-səmimiliyi , Ermənistanın qeyri-ciddiliyi bu görüşün baş tutmasına əngəl oldu".

Bu fikri hərbi ekspert Üzeyir Cəfərov Sitat.info-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya prosesləri öz nəzarətinə keçirmək üçün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində görüş keçirdi: "Lavrov Ceyhun Bayramovla görüşdü. Suren Papikya  öz dəstəsi ilə Moskvaya gedib. Bir aktivlik görüntüsü yaratmaq üçün hərəkətə keçiblər. Bunlar perspektivi olmayan səfərlərdir və yaxın aylarda tarixin yaddaşına gedəcək". 

Ü.Cəfərov vurğuladı ki, hələ də sülh müqaviləsi ilə bağlı hansısa çərçivələr də müəyyən edilməyib: "Adətən bir nöqtədən başlayıb addım-addım irəliləyərlər. Ancaq belə bir addım yoxdur, heç bir çərçivə müəyyən edilməyib. Dekabrın 15-dən Qərb yeni il tətilinə çıxır. Bu bir həftədə nə isə etmək mümkün deyil. Burada yenə də Rusiyanın namərdliyi özünü açıq şəkildə büruzə verdi. Dünən görüş olsaydı, yaxın zamanda hansısa sənədin imzalanmasına ümid etmək olardı".

Hərbi ekspertin hesab edir ki, Rusiyanın planına uyub bu problemi növbəti dəfə gələcək nəsillərə saxlamaq olmaz: "Ağıllı" və "dünyagörmüş" Rusiya bu problemin həllini gələcək nəsillərə saxlamaq üçün əlindən gələni edir. Putin deyir ki, bu problemi indi həll etmək mümkündür, gələcək nəsillərə saxlamaq nəyə lazımdır? Məgər sən xəstəsən? Bizim dövrümüzdə yaranan problemi biz həll etməliyik. Gələcək nəsilə niyə saxlamalıyıq? Elə gələcək nəsilə saxlaya-saxlaya bu vəziyyətə gəlib çıxmışıq. Rusiya da heç nə əldə edə bilmir. Ukrayna bataqlığında batmaqda davam edir".

Züleyxa,

Sitat.info 

 



Xəbər xətti