Belarusda Rusiya-Ukrayna danışıqları başlayıb.
Musavat.com bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.
****
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
“Report” xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.
Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi.