Bu il Azərbaycandan daşınmaz əmlak alan rus və ukraynalıların sayı BİLİNDİ - SİYAHI

11:13 9 Dekabr 2022

2022-ci ilin yanvar-noyabr ayları ərzində 1364 nəfər əcnəbi Azərbaycandan daşınmaz əmlak alıb. 2021-ci ilin müvafiq dövründə satılan əmlakların sayı isə 1317 təşkil edib.

Sitat.info-nun məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən oxu.az-a bildirilib ki, bu il Azərbaycanda əmlak sahibi olanların əksəriyyəti Rusiya vətəndaşlarıdır.

Belə ki, 11 ayda təkcə Rusiya vətəndaşları 934 mülk alıblar. Növbəti sırada isə Gürcüstan (132), İran (53), Ukrayna (39), Qazaxıstan (36), Türkiyə (35) vətəndaşları qərarlaşırlar.



Xəbər xətti