Tələbələrin tiktokerlərlə görüşü tənqid edildi, universitet açıqlama verdi - VİDEO

12:07 9 Dekabr 2022

Ölkənin nüfuzlu universiteti olan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) akt zalında tələbələrlə bloger və tiktokerlərin görüşü təşkil olunub. 

Sitat.info-nun məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Onların universitetə çağırılması rezonans doğurub. Sözügedən görüntülər müzakirələrə və tənqidlərə səbəb olub.

Məsələ ilə bağlı İqtisad Universitetindən Baku.ws-ə bildirildi ki, təşəbbüsü tələbələr özləri təşkil edib. Qeyd olunub ki, tələbələrin öz maraq dairələrinə uyğun olaraq sərbəst vaxtlarının necə səmərəli keçirilməsi öz işidir:

"Bu elə də səs-küy yaradacaq bir şey deyil. Tələbələr özləri bilər maraq dairəsi və sərbəst vaxtlarını necə keçirərlər. Tələbələr kiminlə istəyirlər, görüşə bilərlər".

Qeyd edək ki, görüşdə Nikosayağı (Nicat Şakirli), Zaur İsgəndərov və Sabir Samiroğlu iştirak edib.

Sözügedən görüntüləri təqdim edirik:



Xəbər xətti