MEDIA Bakı Gənclər Mərkəzində media savadılığı konfransı keçirir

12:13 9 Dekabr 2022

Sitat.info xəbər verir ki, MEDİA tərəfindən həyata keçirilən konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Slavyan Universitetinij rektoru Anar Nağıyev və ABDTİA-nın rektoru Fuad Hacıyev çıxış ediblər. 

Konfransda Ali Təhsil Müəssisələrində "Media savadlılığı"-nın artırılması yolunda atılan addımlardan bəhs olunub.

Gənclərin  maarifləndirilməsi məqsədi ilə "Gənclərin ictimai və sosial inkişafında media savadlılığının əhəmiyyəti" mövzusunda müzakirələr aparılıb.

Həmçinin konfransda Universitetlərin müəllim və tələbələri iştirak edib, onlar da mövzu ilə bağlı fikirlərini bildiriblər.



Xəbər xətti