Erməni mediasında sülhməramlılarla bağlı ŞOK İDDİA: Rusiya Qarabağda ...

13:13 9 Dekabr 2022

"Erməni mənbələr sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi ilə bağlı iş aparıldığını iddia edir: Araik Rusiya ilə bu istiqamətdə danışırlar aparır, razılıq verildiyinə dair məlumatlar var".

Sitat.info xəbər verir ki, bu barədə politoloq Asif Nərimanovlı yazıb. 

Politoloq hesab edir ki, rus kongingentindəki hərbçilərin zaman-zaman yerdəyişməsi fonunda informasiyanın doğruluğu sual altındadır: "Lakin bu ssenarinin separatçılara və ruslara sərf etdiyi də həqiqətdir.  Separatçılar mümkün hərbi əməliyyatlar zamanı Azərbaycanı “sülhməramlıların ailələrinə qarşı da hücumda” ittiham edə, bununla rus kontingenti üzərindən özlərinin müdafiəsini təşkil edə biləcəklər.  Rusiya bununla Qarabağdakı “rus icması”nı böyüdə və bölgədə uzunmüddətli qalmaq imkanlarını genişləndirə bilər". 

Nərgiz,

Sitat.info



Xəbər xətti