"BİZİMLƏSƏN"də gərgin anlar, iştirakçının halı pisləşdi - VİDEO

14:05 9 Dekabr 2022

ATV telekanalında yayımlanan "Bizimləsən" proqramında gərgin anlar yaşanıb. 

Sitat.info xəbər verir ki, Təbriz adlı şəxs efirə müraciət edərək anasının onu evdən qovduğunu və doğma qardaşını axtardığını bildirib. 28 yaşlı gənc 8 aydır paytaxtda yerləşən binaların birinin giriş hissəsində yaşadığını deyib. Təbrizi 1 yaş yarım olarkən rayonda yaşayan Rəfiqə adlı qadın övladlığa götürüb. O, uşaq vaxtından Təbrizə əziyyət çəkib böyütdüyünü bildirib.

Təbriz isə əksinə, Rəfiqə xanımın həmişə ona "Detdom" uşağı deyərək alçaltdığını, 13 yaşından isə onu müxtəlif sahələrdə çalışdıraraq pulunu əlindən aldığını iddia edib.

Bu səbəblə də Təbriz, 27 illik anasından imtina etdiyini deyib. Bu zaman şəkər xəstəsi olan qadının efirdə halı opsiləşib. O studiyadakıların və Təbrizin yardımı ilə kulisə aparılıb. 

Qadının bu halı efirdəki tamaşaçıları və ekspertləri kövrəldib.

Sitat.info həmin görüntüləri təqdim edir:



Xəbər xətti