Rusiya qəhrəmanlarla zəngindir, Qərbdə isə artıq qəhrəman yoxdur, ona görə də Rusiya Federasiyası daha güclüdür.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bunu cümə günü Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Vətən Qəhrəmanları Günü münasibətilə təbrikində bildirib.
"Qəhrəman yardıma ehtiyacı olan insanları qoruyaraq Vətəni uğrunda canından keçməyə hazır olan insandır. Böyük hərflə yazılmış Qəhrəmanlarımız çoxdur. Onlarla fəxr edirik. Onları xatırlayırıq. Biz onlardan nümunə götürürük" -Telegram kanalında yazıb.
Medvedev qeyd edib ki, “sönük, əqli cəhətdən tənəzzülə uğramış və sonsuz dollar çapı ilə kökəlmiş ABŞ-da artıq belə qəhrəmanlar yoxdur. Ona görə də biz daha güclüyük və qalib gələcəyik".
Hər il dekabrın 9-da Rusiyada Vətən Qəhrəmanları Günü qeyd olunur.
Nərgiz,
Sitat.info