"İrəvanla Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndində razılıq əldə olundu. Bu, Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulmasıdır".
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 9-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, “sülh müqaviləsi”nin mətni üç dəfə redaktə olunub. Hazırda Ermənistan tərəfi bunun üzərində işləyir. “Sülh sazişinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur”, - Qriqoryan bildirib.
Qarabağdakı vəziyyət, sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bloklanması, eləcə də humanitar məsələlər haqqında razılıq yoxdur.
“Bu məsələlərlə bağlı müzakirələr davam edir”, - deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Nərgiz,
Sitat.info