Bakı-Quba yolu bu tarixdə istifadəyə veriləcək - DEPUTAT

15:37 9 Dekabr 2022

Bakı-Quba yolunun yeniləşən birinci mərhələsi dekabrın 20-də istifadəyə veriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini Əvəz Qocayevə istinadən millət vəkili Vahid Əhmədov Bizim.Media-ya deyib:

"Sədr müavini telefon danışığında məlumat verdi ki, işlər böyük sürətlə davam edir. 6 briqada gecə-gündüz, növbəlilik əsasında işləyir".

ZAMEX.az da şok fürsətlər...

Bu yoldan istifadə edən sürücü və sərnişinlər yolun başa çatdırılmasını səbrsizliklə gözləyirlər. Çünki, dağılmış birtərəfli yolda hər iki istiqamətə hərəkət etmək nəqliyyat vasitələri üçün ciddi çətinlik yaradır.

Hazırda Bakı-Quba yolunun yalnız Bakı istiqamətinə gedən hissəsi təmir olunur. Yolda son tamamlama işləri görülür. Yolun 90 km-lik hissəsi tam asfaltlanıb, təxminən 10 km hissəsinda asfaltlama işləri davam etdirilir. Yola asfalt 4 qat və 29 sm olmaqla aparılır və vurulan asfalt xüsusi texnologiyalar vasitəsilə kipləşdirilir.

Yolda digər işlər -yol nişanlarının qoyulması, yolayrıcların hazırlanması öz sürəti ilə davam edir. 



Xəbər xətti