Biləsuvar rayonunun Xırmandalı kəndində güllələnmə hadisəsi baş verib.
SİTAT.İNFO xəbər verir ki, rayon sakini həmkəndlisinə başından və bel nahiyəsindən atəş açaraq onu qətlə yetirib.
Kənd sakini, 37 yaşlı Cavad Kazımov Eynulla oğlu həmkəndlisi, 40 yaşlı Mehtun Qarayevə zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb. Qısa söhbətdən sonra Cavad həmkəndlisinin baş və bel nahiyəsinə ov tüfəngindən atəş açaraq, onu qətlə yetirib.
Zamex.az -da yeni fürsətlər..
Qeyd edək ki, Cavad Kazımov Eynulla oğlu şübhəli şəxs qismində saxlanılıb. Cavadın atası Eynulla Kazımov övladının cinayət törətməsi barədə BAKU.TV-yə açıqlama verərkən bildirib ki, onu bu cinayəti törətməyə təhrik ediblər: "Oğlumu fitə basıblar. Üç gün bundan qabaq zəng edərək deyiblər ki, sənin bacını belə eləmişdik. Onu qıcıqlandırmışdılar".
Hadisə barədə danışan Qəribnisa Kazımova isə bildirib ki, oğlunun balaları kimsəsiz qalıb: "Deyirdilər ki, Kazımovlarda kişi yoxdur. İndi gördülər ki, Kazımovlarda necə kişi var".
Xatırladaq ki, Cavad Kazımovun mərhum bacısı ölümündən əvvəl yazdığı məktubda qeyd edib ki, onun ölümündə Mehtun və Sənan günahkardır.