Ağdaşda fərdi yaşayış evi yandı

20:40 10 Dekabr 2022

Ağdaşda yaşayış evində yanğın baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Ərəbocaq kəndində olub.

Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Yusubova Ruhangiz Həsən qızına məxsus ümumi sahəsi 160 kv metr olan yaşayış evinin tavan hissəsinin 60 kv-i yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.



Xəbər xətti