Goranboyda toy məclisində bıçaqlanma hadisəsi olub.
Sitat.info xəbər verir ki, məclisdə düşən dava bir nəfərin bıçaqlanması ilə nəticələnib.
Faxralı kənd sakini 1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstənin yarası tikilib, lakin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.