“Kiyevdə həyat öz axarına düşür. Təkcə ərzaq mağazaları, apteklər deyil, əksər müəssisələr də artıq fəaliyyətini bərpa edib”.
Musavat.com xəbər verir ki, bunu Kiyevdə yaşayan həmyerlimiz Əli Quliyev bildirib.
Həmvətənimiz deyib ki, hazırda paytaxtda tam sakitlikdir: “Əhali yüksək əhval-ruhiyyədədir, döyüş bölgələrindən gələn xoş xəbərləri hər kəs sevinclə paylaşır. Danışıqlar başlayandan atəşkəs hökm sürür. Slava Ukraine! Yaşasın Ukrayna!”