Azərbaycanda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir? -  DİN-dən AÇIQLAMA (VİDEO)

11:16 12 Dekabr 2022

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verildiyi iddia olunur.

Sitat.info BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. 

İddialara görə, evlənən qızın 17 yaşı var. O, 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurur.
 

Zamex.az -da yeni fürsətlər... 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov Manset.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hadisə yenidir. Lakin iddialar yalandır, 17 yaşlı qız evlənmir, nişanlanır:

Bu barədə polisə hər hansı bir müraciət daxil olmayıb. Qanunla da nişan mərasiminə müdaxilə edə bilmirik, şəxs yetkinlik yaşına çatıb, könüllü nişanlanır".

Həmin görüntüləri təqdim edirik:

 



Xəbər xətti