"Azərbaycan Xankəndidə öz sözünü deməlidir!" - Fazil Mustafa QHT mümayəndlərini alqışladı

13:44 12 Dekabr 2022

"Rusiya və Ermənistan üçtərəfli bəyannamənin bəzi şərtlərini yerinə yetirmədiyinə görə, Azərbaycan tərəfi müxtəlif addımlar atmağa məhkumdur, bunu da edir. Haqlıdır, çünki ərazi bizim ərazimizdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında Bu gün Qarabağda baş verənləri təhlil edən deputat Fazil Mustafa deyib.

 

Zamex.az -da yeni fürsətlər... 

Onun sözlərinə görə, biz bunu normal şəkildə, dinc yolla getməsini istəyirdik: "Ancaq Rusiya sülhməramlıları bu prosesdə tənzimləyici rol oynamaq niyyətində deyillər, əksinə erməniləri dəstəkləyirlər. Bu da bizim tərəfimizdən ictimai etirazla qarşılanır. Bütün hallarda bizim bu istiqamətdə çalışmalarımız davam etməlidir".

Deputat vətəndaş cəmiyyəti nümayəndələrini dəstəkləyib: "Ekoloji terrorla bağlı QHT-lərin bu addımını mən dəstəkləyirəm, alqışlayıram. Hamılıqla bu prosesi dəstəkləməliyik. Əvvəl-axır Azərbaycan  bu ərazilərdə öz sözünü deməlidir və öz mövqeyini qəbul etdirməlidir". 

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti