"Volkov gələcək, onu gözləyirik" - Aksiyadan son məlumatlar...

14:45 12 Dekabr 2022

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin keçirdiyi aksiyanın önünə çıxması gözlənilir. 

Bu barədə aksiyada iştirak edən jurnalist, Reaksiya TV-nin aparıcısı Rusif Məmmədsoy  Sitat.info-ya məlumat verib. 

Qeyd edək ki, aksiyanın keçirildiyi əraziyə Rusiya sülhməramlı kontingenti əlavə hərbi texnika və canlı qüvvə cəlb edib. 

Aksiya iştirakçıları etirazlar başlayandan bəri Laçın-Şuşa yolu ilə heç bir avtomobilin keçməsinə imkan verməyib. Onu da əlavə edək ki, artıq aksiya iştirakçıları bir neçə saatdır "Volkov, Volkov" deyə sülhməramlıların komandanın əraziyə gəlməsini tələb edirlər. 

Nərgiz,

Sitat.info 



Xəbər xətti