Xəbər verdiyimiz kimi, aksiya iştirakçıları etirazlar başlayandan bəri Laçın-Şuşa yolu ilə heç bir avtomobilin keçməsinə imkan verməyiblər.
Sitat.info xəbər verir ki, bu durum erməni mediasında da öz əksini tapıb.
Erməni mediası yazır ki, "Artsax" (Xankəndidəki qondarma qurum- red) Ermənistanla birləşdirən avtomobil yolu hər iki istiqamətdə bağlı qalmaqda davam edir.
Zamex.az -da yeni fürsətlər...
Ermənilər qeyd edir ki, guya öz ərazilərimizə buaxılmadıqları üçün etiraz edən ictimaiyyət nümayəndələri hansası konvensiyanı pozub, "artsax xalqı"nın azadlıqlarını məhdudlaşdırıblar. Hazırda Xankəndi -Şuşa avtomobil yolunda yüzlərlə erməni səhər saat 10:30-dan etirbarən bağlanan yolda qalıb.
Ermənilər unudur ki, burada məhdudlaşdırılan azərbaycanlıların öz ata-baba torpaqlarına daxil olmasıdır və haqlı olaraq etiraz edirlər. Əlbəttə ki, bu etirazlar onların bizim torpaqlarımızdakı "komfortu"nu müəyyən qədər poza bilər.
Nərgiz,
Sitat.info