Ölən atasının pensiyasını ala bilmək üçün meyiti evdə gizlətdi

16:28 12 Dekabr 2022

Yaponiyada pensiyanı almağa davam etmək üçün ölən atasının meyitini evdə gizlədən 53 yaşlı kişi həbs edilib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Osaka bölgəsində insanları dəhşətə gətirən hadisə baş verib. Atasının cansız cəsədini yaşadıqları evdə gizlədən 53 yaşlı şübhəli həbs edilib.

Polisin əldə etdiyimiz məlumata görə, ötən şənbə günü evdən çıxarılma bildirişi vermək üçün evə gedən dövlət məmuru az qala skeletə çevrilmiş insan cəsədi tapıb. Məmurun vəziyyəti polisə bildirməsindən sonra şübhəli Şoqo Kanaya həbs edilib.

Cinayətini etiraf edən Kanayanın işsiz olduğu və 87 yaşlı atası Şigemi Kanayanın pensiyasını almağa davam etmək üçün vəziyyəti dövlət qurumlarına bildirmədiyi  ortaya çıxıb. Kanaya atasının nə vaxt və necə öldüyünü açıqlamayıb. Hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti