"Bizə mane olan Putindir, Volkov əmr quludur" - Politoloq

16:40 12 Dekabr 2022

"Bizə mane olan Rusiya prezidenti Vladimir Putindir. O Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, general Volkov əmr quludur: "O bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansı tədbirlər görsün və ya görməsin".

E.Şahinoğlunun sözlərinə görə, Putin anlayır ki, vəziyyət qəlizdir: "Elə buna görə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir. Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib, bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti