Aksiya iştirakçıları Rusiya sülh məramlılarının önündə "Sarı gəlin" ifa ediblər - VİDEO - YENİLƏNİB

20:48 12 Dekabr 2022

Xankəndi-Şuşa yolunda azərbaycanlı fəallar və QHT nümayəndələri Rusiya sülh məramlılarının önündə "Sarı gəlin" ifa ediblər.

SİTAT.İNFO xəbər verir ki, görüntülər sosial şəbəkəyə yerləşdirilib. 

***20:06

Xankəndi-Şuşa yolunda azərbaycanlı fəallar və QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyası davam edir.

Gecə saatları olmasına baxmayaraq nümayəndə heyəti ərazidən uzaqlaşmayıb.

Qeyd edək ki, onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun gəlməsini gözləyirlər.

***18:20

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

Report-un ərazidə olan əməkdaşı xəbər verir ki, etiraz aksiyası keçirən azərbaycanlı fəallar və QHT nümayəndələrinin rahat şəkildə gecələmələri üçün çadırlar quraşdırılıb.

Eləcə də çadırlar və ərazi işıqlandırılıb. Bununla yanaşı çadırlar istiliklə təmin edilib.



Xəbər xətti