Xankəndidə aksiya: Qondarma rejimə basqı artır

18:52 12 Dekabr 2022

Xankəndinin mərkəzi meydanına toplaşan Qarabağ erməniləri qondarma qurumun "parlament sədri" ilə görüş tələb edirlər.

SİTAT.İNFO erməni mediasına istinadən xəbər verir ki, Qarabağda yaşayan ermənilər özlərinə parlament sədri elan etdikləri  Artur Tovmasyanla görüş tələb ediblər.

Qeyd edək ki, Xankəndinin mərkəzi meydanına toplaşan çoxsaylı Qarabağ sakinləri  səhər saatlarından Azərbaycan vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin bağladığı Laçın yolunun açılmasını tələb edirlər.

Xatırladaq ki, səhər saat 10:30 radələrində ermənilərin Qarabağda faydalı qazıntı yataqlarını istismar etməsinə etiraz olaraq Xankəndini Ermənistanla birləşdirən yolu bağlayıblar. Yüzlərlə erməni Laçın dəhlizində ilişib qalıb. Laçın dəhlizinin bağlanması Qarabağ ermənilərin qorxulu yuxusu olduğundan artıq Xankəndinin mərkəzində hərəkətlilik başlayıb və qondarma quruma etirazlar səsləndirilir.

Məğrur,
Sitat.info



Xəbər xətti