43 yaşlı qadının ölümünə səbəb həkim səhlənkarlığıdır? - VİDEO

21:48 12 Dekabr 2022

Kürdəmirdə əməliyyat olunduqdan sonra xəstəxanada ölən 43 Saray Eminovanın həyat yoldaşı danışıb.

Mərhumun həyat yoldaşı Cəlil Eminov bildirib ki, S.Eminovanı həkimə apardığı zaman ondan analiz tələb ediblər:

“Analizlərin hamısını verdik. Dedilər ki, Bakıya getməlidir, onuda etdik. Bakıdan cavab gəldi ki, yaxşıdır. Sonra deyildi ki, qanı azdır iki paket qan almalıyıq. Onuda aldım gətirdim. Daha sonra yoxlayıb bildirdilər ki, hər şey qaydasındadır, arxayn ol. Əməliyyat olunandan sonra həkim mənə hər şeyin yaxşı olduğunu dedi. Sonra mən öz işlərimin dalınca getdim.

Bir müddət keçdikdən sonra bacım oğlu zəng vuraraq Sarayın ürəyinin getdiyini bildirdi. Mən həkimə zəng etdikdən sonra həkim Saraya baxmaq üçün xəstəxanaya gəldi. Eşitdiyimə görə, axşam tibb bacısına Sarayın ağzından qan gəldiyini, həkimi çağırmalı olduğu deyilib. Lakin, tibb bacısı “hər şeyə görə həkimi narahat etməzlər” deyib”.

Daha ətraflı Baku TV-nin süjetində:



Xəbər xətti